Futbolda qovulan futbolçular və məşqçilərin siyahısına jurnalist də əlavə olunub. Fanat.az хəbər verir ki, hakim jurnalisti stadiondan qovub.
Hadisə Kosta Rikada baş verib. "Municipal Coto Brus"la "Barrio Mefxico" arasında keçirilən oyunu idarə edən Cimmi Torres adlı hakim qərarlarına etiraz edən jurnalisti köməkçisinin məlumat verməsindən sonra stadiondan kənarlaşdırıb. "STV 4" kanalında şərhçilik edən Henri de Xesus adlı həmkarımız bu qərara inanmayıb və "mənimi qovursan" deyə sual verib.
Jurnalist daha sonra açıqlamasında buları deyib: "İdarəçilik utancverici idi. Çoх gülünc durumdu. Hakim söz azadlığını boğmaqdan başqa bir iş görmədi".
Fanat.az