İngiltərə Premyer Liqasının 27-ci turunda "Nottingem Forest"i yenən "Tottenhem"in baş məşqçisi Antonio Konte açıqlama verib.
Fanat.Az-ın məlumatına görə, "Reuters" italiyalı mütəxəssisin dediklərini belə çatdırıb:
"Bizim üçün mövsümü ilk dörd komandadan biri kimi başa vurmaq çempionluğa bərabər olacaq. Ötən il bacarmışdıq və mən bunu möcüzə saydığımı söyləmişdim. Bu mövsüm hər şey daha çətin alınacaq. Çünki 4-cü yeri tutmaq istəyənlərin sayı çoxdur. "Liverpul", "Nyukasl" və "Çelsi" də eyni hədəf uğrunda mübarizə aparır. Öz oyunumuz haqda düşünməli və gələcəyə inamla baxmalıyıq".
Qeyd edək ki, 27 oyuna 48 xal toplayan "Tottenhem" turnir cədvəlinin 4-cü pilləsində mövqe tutub. Hotpur təmsilçisini 21 xalla "Liverpul" izləyir. "Qırmızılar"ın ehtiyatda bir oyunu da var.
Nihat