Brozoviç özünü belə "yandırdı"

Brozoviç özünü belə "yandırdı"

Milan “İnter”inin yarımmüdafiəçisi Martselo Brozoviç “Mançester Yunayted”in rəsmi “Instagram” səhifəsinə üzv olub. Fanat.Az xəbər verir ki,  yarımmüdafiəçi bu addımıyla Joze Mourinyonun diqqət mərkəzinə düşdüyünü təsdiqləyib.

 

MY-nin portəgiz çalışdırıcısı xorvatı iş başında görmək üçün onun çıxış etdiyi millinin oyunlarını izləmişdi. Lakin media mənsubları Mourinyonun “dama-damalar”ın heyətindəki hansı futbolçunun “ovuna çıxdığını” müəyyənləşdirə bilməmişdi.

 

Bu mövsüm 24 yaşlı Brozoviç bütün turnirlər daxil olmaqla, çıxdığı 23 oyunda 5 qol vurub, 4 məhsuldar ötürməylə yadda qalıb.

 

Fanat.Az 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər