"Neftçi” rəhbərliyi Roberto Bordini istefaya göndərməkdə qərarlıdır.
Ölkə kubokunda mübarizəni dayandıran Bakı təmsilçisinin Premyer Liqada lider "Qarabağ”dan 6 xal geri qalması çempionluq arzusunun həyata keçməyəcəyini proqnozlaşdırmağa əsas verir.
Fanat.Az-ın məlumatına görə, italyanı yayda yola salmağı planlaşdıran idarəçilər yeni əcnəbi axtarışındadır. Kamran Quliyev – Ceyhun Sultanov cütlüyü başqa əcnəbi mütəxəssis axtarışındadır.
"Qarabağ”ı Avroliqanın qrupunda saxlayan APOEL-dən ayrılan Tomas Doll və BATE-nin sabiq çalışdırıcısı Aleksey Baqanın adı əsas namizədlər sırasındadır.
Fanat.Az