Roberto Bordin: "Görmək istədiyim oyunu göstərə bilmədilər"

Roberto Bordin: "Görmək istədiyim oyunu göstərə bilmədilər"

"Premyer Liqada debüt etmək xoş oldu. Qələbə qazanmağı hədəfləmişdik. Buna nail olsaq da, komandam görmək istədiyim oyunu göstərə bilmədi”.

 

Fanat.Az xəbər verir ki, bu sözləri Topaz Premyer Liqasının açılış turunda "Sumqayıt”ı 2:0 hesabı ilə yenən "Neftçi”nin çalışdırıcısı Roberto Bordin deyib.

 

İtaliyalı mütəxəssis "Dalğa Arena”da keçirilən matçın ardından jurnalistlər önünə çıxıb. O, müdafiəçi axtarışında olduqlarını söyləyib: "Arxa xətti gücləndirmək istəyirik. Bu yöndə işlər gedir. Hərçənd bu gün üçün komandaya kimi dəvət edəcəyimizi açıqlaya bilmərəm. Belə desək, axtarışlarımızı sürdürürük. İkinci yarıda niyə iki müdafiəyəmeyilli oyunçu buraxdığımı soruşursuzsa, bu, taktiki addım deyildi. Sadəcə, zədələnmələrə görə oyunçu dəyişiklikləri qaçılmaz oldu”.

 

Əcnəbi çalışdırıcı "Qarabağ”la rəqabət apara biləcəksizmi” sualından ustalıqla yayınıb: "İndi "Qarabağ”la görüş haqda düşünmürəm. Bizi "Qəbələ” ilə görüş gözləyir. Həmin oyuna hazırlaşmalıyıq”.

 

 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər