Rüşvət qalmaqalına görə vəzifəsindən kənarlaşdırılan FIFA-nın sabiq prezidenti Zepp Blatter və baş katibi Jerome Valkenin maaşları açıqlanıb.
Fanat.az xəbər verir ki, Zepp Blatter ötən il 2 milyon 964 min 379 dollar maaş alıb. Vergilər, yardım və sosial müavinətlərlə birlikdə bu rəqəm 3 milyon 634 min 857 dollara çatır.
Jerome Valkeyə isə ötən il 1 milyon 514 min 744 dollar ödənilib. Vergilər, yardımlar və sosial müavinətlərlə birlikdə bu rəqəm 2 milyon 124 min 824 dollar olub.
FIFA-nın 2015-ci il üçün açıqladığı maliyyə hesabatından görünür ki, ali futbol qurumu 2002-ci ildən sonra ilk dəfə büdcə kəsiri ilə üzləşib. Qurumun ötən il 1 milyard 247 milyon dollar gəliri olub. Rüşvət və saxtkarlıq olayları ilə bağlı yaranmış qalmaqallar üzündən yeni sponsor tapa bilməyən FIFA 122 milyon dollar ziyan edib.
Fanat.az