Bizimkilər 70 minini ala bilmir, onlar milyonlar qazanır - SIYAHI

Bizimkilər 70 minini ala bilmir, onlar milyonlar qazanır - SIYAHI
Avropanın böyük liqalarında 2014/15 mövsümünün teleyayım gəlirləri açıqlanıb. Fanat.az əsas liqaların və böyük klublarının bir mövsümlük gəlirlərini təqdim edir.
Premyer Liqa rəqib tanımır
Avropanın böyük liqaları arasında teleyayımdan ən çox gəlir götürən İngiltərə Premyer Liqasıdı. Bu çempionatda bir mövsüm ərzində televiziya gəlirləri 2 milyard 247 milyon avro olub. Premyer Liqa ən yaxın izləyicisi İtaliya A Seriyasını 2,5 dəfədən artıq qabaqlayır. 
Azərbaycanda böyük maraqla izlənilən Türkiyə çempionatı "ilk beşliy"i izləyir. Super Liqanın bir mövsümlük teleyayım gəliri 397.4 milyon avroya çatıb.
1. İngiltərə, Premyer Liqa - 2 milyard 247.6 milyon avro
2. İtaliya, A Seriyası - 837 milyon avro
3. İspaniya, La Liqa - 760.2 milyon avro
4. Almaniya, Bundesliqa - 579.4 milyon avro
5. Fransa, Liqa 1 - 467.8 milyon avro
6. Türkiyə, Super Liqa 397.4 milyon avro
7. Hollandiya, Erediviziya - 66.5 milyon avro
"Barselona", "Real", "Çelsi"
Klublar arasında "Barselona" hamıdan çox qazanıb. Kataloniya klubu ötən il teleyayımdan büdcəsinə 160 milyon avro qoyub.
"Barsa"nı La Liqadakı əzəli rəqibi "Real" izləyir. "Kral Klubu" televiziyalardan 156.8 milyon avro qazanıb.
İlk "üçlüy"ü "Çelsi" qapayır. Premyer Liqa klubu 138.6 milyon avro ilə "Barselona" və "Real"ı izləyir.
Teleyayımdan ən çox qazanan 30 klubun siyahısında ingilislər üstünlük təşkil edir. Belə ki, İngiltərənin 8 klubu bu siyahıya düşüb. İtaliyadan 7, Almaniyadan 5, İspaniyadan 4, Türkiyə və Fransadan 3 klub ən çox qazananlar sırasındadı.
1. Barselona - 160.0 milyon avro
2. Real - 156.8 milyon avro
3. Çelsi - 138.6 milyon avro
4. Mançester Siti - 137.9 milyon avro
5. Mançester Yunayted - 135.5 milyon avro
6. Arsenal - 135.1 milyon avro
7. Liverpul - 129.9 milyon avro
8. Tottenhem - 124.3 milyon avro
9. Sautqempton - 115.6 milyon avro
10. Yuventus - 94.0 milyon avro
11. Queens Park - 90.8 milyon avro
12. Milan - 76.4 milyon avro
13. İnter - 76.1 milyon avro
14. Napoli - 62.0 milyon avro
15. Roma - 60.9 milyon avro
16. Latsio - 50.7 milyon avro
17. Bavariya - 50.6 milyon avro
18. Qalatasaray - 50.5 milyon avro
19. Valensiya - 48.0 milyon avro
20. Fənərbaxça - 46.9 milyon avro
21. PSJ - 45.5 milyon avro
22. Fiorentina - 44.0 milyon avro
23. Marsel - 42.8 milyon avro
24. Borussiya Dortmund - 42.6 milyon avro
25. Bayer - 41.9 milyon avro
26. Lion - 41.9 milyon avro
27. Atletiko - 41.6 milyon avro
28. Şalke 04 - 41.0 milyon avro
29. Beşiktaş - 37.4 milyon avro
30. Borussiya Münhenqladbax - 36.1 milyon avro
Türkiyədə "Qalatasaray"...
Ötən mövsüm Super Liqada çıxış etmiş 18 klub arasında ən çox qazanan "Qalatasaray" olub. Avropada 18-ci olan "Cim-Bom" 50.5 milyon avronu kassasına daxil edib.
"Qalatasaray"ı 46.9 milyon avro qazancla "Fənərbaxça" qapayır. İstanbulun 3-cü böyük klubu "Beşiktaş" isə 37.4 milyon avroya sahib çıxıb.
1. Qalatasaray - 50.5 milyon avro
2. Fənərbaxça - 46.9 milyon avro
3. Beşiktaş - 37.4 milyon avro
4. Trabzonspor - 26.7 milyon avro
5. İstanbul Başakşəhir - 24.7 milyon avro
6. Bursaspor - 21.7 milyon avro
7. Mersin İdman Yurdu - 17.8 milyon avro
8. Torku Konyaspor - 17.6 milyon avro
9. Gənclərbirliyi - 16.4 milyon avro
10. Qaziantepspor - 16.4 milyon avro
11. Eskişəhərspor - 16.2 milyon avro
12. Akhisar Bələdiyyəspor - 16.0 milyon avro
13. Kasımpaşa - 15.8 milyon avro
14. Çaykur Rizespor - 15.7 milyon avro
15. Sivasspor - 15.7 milyon avro
16. Karabükspor - 14.1 milyon avro
17. Kayseri Erciyesspor - 13.9 milyon avro
18. Balıkesirspor - 13.9 milyon avro
Bəs bizdə?
Bu il AFFA da çempionatın yayım hüququnu satıb. Qurum tərəfindən elan olunmuş tenderə yalnız AFFA tərəfindən yaradılmış "CBC Sport" qatılıb və yayım hüququnu 70 min manat alıb. 
Bu pul 10 klub arasında bərabər bölünəcək - hərəyə 70 min manat. Amma mövsümün artıq yarısı arxada qalsa da, klublar pullarını ala bilməyiblər.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər