Bizim üçün "AVRO-2016" erkən bitdi - 4 komanda 1/4 finalda

Bizim üçün "AVRO-2016" erkən bitdi - 4 komanda 1/4 finalda
17 yaşadək futbolçular arasında Avropa çempionatı davam edir. Fanat.az xəbər verir ki, bu gün qrup mərhələsində son tura start verilib.
Milli komandamız sonuncu pillədə qərarlaşmış Şotlandiyanı sınağa çəkib. İlk oyunda Portuqaliya qarşısında darmadağın olan (0:5), daha sonra isə Belçika yığması ilə qollu bərabərliyə (1:1) razılaşan millimiz bu oyunadək kağız üzərində şanslarını saxlayırdı. Düzdü, bunun üçün möcüzə gerçəkləşməli idi. Belə ki, Təbriz Həsənovun yetirmələri Şotlandiyanı ən az 5:0 hesabı ilə məğlub etməli, Portuqaliya isə Belçikanın qapısından ən az 3 cavabsız qol keçirməlidi. 
Lakin bu baş verməyib. Belə ki, yığmamız Fərid Nəbiyevin 79-cu dəqiqədə vurduğu qolla qələbə qazanıb. Portuqaliya isə Belçika ilə "sülh"ə razılaşıb - 0:0. Bununla da 4 xal toplayan millimiz üçüncü pilləni tutaran Avropa çempionatındakı çıxışını erkən başa vurub.
  
B qrupunda da millimizin vəziyyətinə oxşar situasiya yaranmışdı. Ukrayna millisinin şansları az da olsa, qalırdı. Bunun üçün Andrey Şevçenkonun həmyerliləri Bosniya və Hersoqovinanı ən az 3 top fərqi ilə yenməli, paralell keçən qarşılaşmada da qrup lideri Avstriyanın qonşusu Almaniyanı darmadağın edəcəyinə ümid bəsləməli idi. Almaniyaya isə növbəti mərhələ üçün 1 xal da kifayət edirdi. Buna baxmayaraq, onlar rəqibi darmadağın edərək 1/4 finala lidər kimi yollanıb - 4:0. Ukrayna isə Bosniya və Hersoqovinaya uduzaraq sonuncu olub - 1:2.
 
AVRO-2016 (U-17)
Qrup mərhələsi
III tur, 11 may
 
A qrupu
Şotlandiya - Azərbaycan 0:1
Qol: Fərid Nəbiyev, 79.
Qırmızı vərəqə: Fraser Hornbi, 80+4 (Belçika).
Hakimlər: Sveyn Erik Edvartsen (Norveç), Georgi Todorov (Bolqarıstan), Marios Dimitriadis (Cənubi Kipr), Sergeyus Sliva (Litva).
Hakim-inspektor: Mark Batta (Fransa).
8-ci km qəsəbə stadionu.
 
Portuqaliya - Belçika 0:0
Hakimlər: Ville Nevalaynen (Finlandiya), Neeme Neemlayd (Estoniya), Endryu Kristiansen (Farer adaları), Orxan Məmmədov (Azərbaycan).
Hakim-inspektor: Vladimir Abtonov (Moldova).
“Dalğa Arena”.

1

Portuqaliya

3

2

1

0

7:0

7

2

Belçika

3

1

2

0

3:1

5

3

Azərbaycan

3

1

1

1

2:6

4

4

Şotlandiya

3

0

0

3

0:5

0

 
B qrupu
Bosniya və Herseqovina - Ukrayna 2:1
Qollar: Benjamin Hadziç, 38; 40+1 - Andrey Kulakov, 69.
Hakimlər: Fran Yoviç (Xorvatiya), Emmett Dinan (İrlandiya), Edvard Spiteri (Malta), Alen Duro (Lüksemburq).
Hakim-inspektor: Asim Xudiyev (Azərbaycan).
8-ci km qəsəbə stadionu.
 
19.15 Almaniya - Avstriya 4:0
Qollar: Luka Meysl, 3 (avtoqol). Atakan Akkaynak, 25. Kai Haverts, 32. Renat Dadaşov, 80+1. 
Hakimlər: Mitya Jqaneç (Sloveniya), Ceyhun Sesigüzel (Türkiyə), Alen Heyniger (İsveçrə), Əliyar Ağayev (Azərbaycan).
Hakim-inspektor: Nikolay Levnikov (Rusiya).
“Dalğa Arena”.

1

Almaniya

3

3

1

0

9:3

7

2

Avstriya

3

2

0

1

4:4

6

3

Bosniya və Hersoqovina

3

1

0

2

3:6

3

4

Ukrayna

3

0

1

2

3:6

1

Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər