"Biz bu oyunu uduzsaydıq..." - Stefano Pioli

"Biz bu oyunu uduzsaydıq..." - Stefano Pioli

"Milan"ın baş məşqçisi Stefano Pioli İtaliya A Seriyasının 10-cu turunda "Napoli" ilə (2:2) keçirdikləri matçdan danışıb.

Fanat.Az xəbər verir ki, onun dediklərini şəxsi "X" hesabı üzərindən tanınmış jurnalist Nikolo Skira belə çatdırıb:

"Biz bu oyunu uduzsaydıq, uğursuz dönəmdən danışardıq. Buraxdığımız ilk qoldakı səhv rəqibi oyuna qaytardı. Yalnız 1 xal götürmək üzücüdür. Daha çox qol vura bilərdik.

Rafael Leau və Olivye Jirunun eyni vaxtda oyundan alınmasının səbəbi? Bizə yeni enerji lazım idi".

Bu heç-heçədən sonra xal hesabı 22-yə yüksələn "Milan" turnir cədvəlinin 3-cü pilləsində mövqe tutub.

Nihat 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər