Birinci dövrənin təqvimi açıqlandı, amma...

Birinci dövrənin təqvimi açıqlandı, amma...

Futzal üzrə Yüksək Liqanın 2021-2022-ci il mövsümünün I dövrəsinin təqvimi açıqlanıb.

Fanat.Az xəbər verir ki, çempionat oktyabrın 1-də start götürəcək.  Yeddi turluq dövrə noyabrın 10-da başa çatacaq.  Əslində, təqdimdə dəyişiklik qaçılmaz olacaq. Məsələ burasındadır ki, Çempionlar Liqasında ölkəmizi təmsil edən “Araz-Naxçıvan” oktyabrın son həftəsində Bakıda olmayacaq. Baxmayaraq ki, gələn ayın 29-na EKOL-la oyun nəzərdə tutulub.  Qeyd edək ki, ÇL-in əsas mərhələsində iştirak edəcək “Araz-Naxçıvan”ın yer aldığı 6-cı qrupun oyunları oktyabrın 28-də, 29-da və 31-də keçiriləcək. Təmsilçimiz ilk matçda “Uraqan” (Ukrayna) klubu ilə üz-üzə gələcək. Ertəsi gün  “Yunayted Qalati” (Rumıniya) komandası ilə qarşılaşacaq Azərbaycan çempionu son turda “Liqeni” (Kosovo) ilə münasibətlərinə aydınlıq gətirəcək. 6-cı qrupun oyunları Ukraynada keçiriləcək. 

Birinci dövrə  I tur  1 oktyabr  Alyans - Baku Fire Record club.az – Araz-Naxçıvan Neftçi İK - EKOL U-19 - Xilə

II tur  8 oktyabr Baku Fire - Xilə  EKOL - U-19 Araz-Naxçıvan - Neftçi İK Alyans - Record club.az

III tur  15 oktyabr  Record club.az - Baku Fire Neftçi İK - Alyans  U-19 – Araz-Naxçıvan Xilə - EKOL

IV tur  22 oktyabr  Baku Fire - EKOL Araz-Naxçıvan - Xilə  Alyans - U-19 Record club.az - Neftçi İK

V tur  29 oktyabr  Neftçi İK - Baku Fire U 19 - Record club.az Xilə - Alyans  EKOL – Araz-Naxçıvan

VI tur  3 noyabr  Baku Fire – Araz-Naxçıvan Alyans - EKOL Record club.az - Xilə  Neftçi İK - U 19

VII tur  10 noyabr  U-19 - Baku Fire Xilə - Neftçi İK EKOL - Record club.az Araz-Naxçıvan - Alyans  Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər