Bir zamanlar hamı ona əfsanə deyirdi, indi... - FOTOLAR

Bir zamanlar hamı ona əfsanə deyirdi, indi... - FOTOLAR

Əfsanəvi ingilis futbolçu Paul Qaskoiqne ötən gün günorta saatlarında sir-sifəti dağılmış vəzyyətdə və əlində içki şüşüəsi ilə taksidən enərkən görüntülənib.

Fanat.az xəbər verir ki, uzun müddətdi alkaqol aslılığından müalicə olunan veteran futbolçunu bu halda görənlər polisə zəng edib. Amma o, bir anda yox olub və polisə yaxalanmayıb.

Bir az sonra polis Paulu başqa bir taksidə - üst-başı dağınıq halda tapıb. Olay yerinə təcili yardım çağırılıb və veteran futbolçu xəstəxanaya aparılıb. Xəstəxanadan verilən açıqlamaya görə, Qaskoiqne sərxoş vəziyyətdə yıxılıb və üzündəki yaralar bu zaman əmələ gəlib. 

Qeyd edək ki, Paul Qaskoiqne 1985-ci ildən 2004-cü ilədək davam edən peşəkar karyerası ərzində İngiltərənin "Nyukasl", "Tottenhem", "Boston", İtaliyanın "Latsio", Şotlandiyanın "Reyncers" və Çinin "Gansu Tianma" klublarında çıxış edib. 48 yaşlı veteran İngiltərə millisində 57 oyun keçirib və 10 qol vurub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər