Bir pillə irəlilədik

Bir pillə irəlilədik

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.

Ötən ayla müqayisədə millimiz 1 pillə irəliləyib. Ötən ay oyun keçirməyən Robert Prosineçkinin komandası 427 xalla 79-cu pillədə qərarlaşıb.

Yığmamızın "DÇ-2018"in seçmə mərhələsindəki rəqiblərindən Almaniya 1549 xalla 2-ci (-1),  Şimali İrlandiya 897  xalla 23-cü (-1),  Çexiya 714 xalla 40-cı (0), Norveç 391 xalla 85-ci (+3), San Marino isə 12 xalla 204-cü (0) yerdə qərarlaşıb.

Qeyd edək ki, siyahının ilk pilləsində 1604 xala malik Braziliya mövqe tutub.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər