Bir oyunda 5 yubiley

Bir oyunda 5 yubiley

Topaz Premyer Liqasının XXIII turunun AZAL - “Qəbələ” oyunu yubileylərlə zəngin olub. Fanat.Az PFL-in saytına istinadən xəbər verir ki, 1:1 hesabı ilə başa çatan görüşdə 5 müxtəlif yubiley gerçəkləşib. 

Hər komandanın bir üzvü ölkə çempionatında 150-cı matçına çıxıb. AZAL-da debüt edən Bəxtiyar Soltanov və “Qəbələ”nin qışda sıralarına qatdığı Rasim Ramaldanov bu görüşədək 149 çempionat matçı keçirmişdi.

Rasim 150 matçda 3 qol vurub. Premyer Liqada “Simurq”, “Xəzər Lənkəran” və “Sumqayıt”da oynamış müdafiəçi 4-cü klubunun heyətində 150-yə çatıb.

2008/09Simurq (Zaqatala)80

2009/10Simurq (Zaqatala)110

2010/11Simurq (Zaqatala)200

2011/12Simurq (Zaqatala)242

2012/13Simurq (Zaqatala)240

2013/14Xəzər Lənkəran200

2014/15Xəzər Lənkəran231

2015/16Xəzər Lənkəran70

2015/16Sumqayıt90

2016/17Qəbələ40

Cəmi 1503

150 oyunda 19 dəfə fərqlənən Soltanov isə daha çox klubda çıxış edib. AZAL onun Premyer Liqada 7-ci komandasıdır. Bunadək isə Bəxtiyar “Bakı”, “Qarabağ”, “Kəpəz”, “Rəvan”, “Qəbələ” və “Simurq”da da oynayıb.

2007/08Bakı60

2008/09Bakı77

2009/10Bakı253

2010/11Bakı130

2011/12Qarabağ (Ağdam)261

2012/13Kəpəz (Gəncə)112

2012/13Simurq (Zaqatala)30

2013/14Rəvan (Bakı)20

2014/15Qəbələ212

2015/16Kəpəz (Gəncə)354

2016/17AZAL (Bakı)10

Cəmi 15019

Bu iki yubileylə yanaşı, qarşılaşmada daha üç əlamətdar hadisə yaşanıb. “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk komandasını Premyer Liqada 75-ci matça çıxarıb. 2015-ci ilin əvvəlindən “qırmızı-qaralar”a rəhbərlik edən ukraynalının yetirmələri bu oyunlarda 40 qələbə qazanıb, 21 heç-heçə edib və 14 dəfə uduzub. 

“Qəbələ”nin qapıçısı Dmitri Bezotosnı bütün turnirlərdə ümumilikdə 100-cü dəfə “qırmızı-qaralar”ın formasını geyinib. O, bu matçlarda 76 top buraxıb. 

AZAL-la matçda hesabı açan Tellur Mütəllimov isə “Qəbələ”nin Premyer Liqada 400-cü qoluna imza atıb. Bu, 331-ci görüşə təsadüf edib.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər