"Əl-Şarca" klubu baş məşqçi Rodolfo Arruabarrena ilə yolları erkən ayırıb.
Fanat.Az "TyC Sports"a istinadən xəbər verir ki, Arruabarrena komandanı bir oyuna belə çıxarmadan istefaya göndərilib. Argentinalı mütəxəssis bu səbəbdən Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) klubundan 1,5 milyon dollar təzminat alıb.
44 yaşlı çalışdırıcı mart ayında BƏƏ-nin digər klubu - "Şabab Əl-Əhli"dən ayrılmışdı. Arruabarrena "Əl-Şarca"nın başına keçsə də, klub rəhbərliyində baş verən dəyişiklik onun istefaya göndərilməsi ilə nəticələnib.
Arruabarrena məşqçilik karyerası ərzində "Tiqre", "Nasyonal" və "Boka Xuniors" kimi klublarda işləyib.
Fanat.Az