"Bəzi komanda yoldaşlarım məni eşşək adlandırır" - Kay Haverts 

"Bəzi komanda yoldaşlarım məni eşşək adlandırır" - Kay Haverts 

"Çelsi"nin hücumçusu Kay Haverts maraqlı aşıqlama ilə gündəmə gəlib.

Fanat.Az xəbər verir ki, "The Guardian"a danışan forvard eşşəklərə olan məhəbbətindən söz açıb:

"Bəzi komanda yoldaşlarım məni eşşək adlandırır (gülür). Bu, oyunuma görə deyil. İlk dəfə gördüyüm gündən eşşəklərə xüsusi münasibətim var. Eşşək çox sakit heyvandır. Bəlkə də eşşəklərə olan münasibətimə görə mən də sakitəm. Onlar sadəcə, öz həyatlarını yaşayan canlılardır.

Eşşəkləri həmişə sevmişəm. Biz uduzan zaman həmişə qoruğa gedir, heyvanlara baxırdım. Onları yaxından izlədikcə insana bənzədiklərinin fərqinə varırsan. Qoruqda artıq fikirlərdən qurtulur, belə desəm, sakitlik tapırdım".

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər