Beyl Mourinyoya nə dedi?

Beyl Mourinyoya nə dedi?

Qaret Beyl Joze Morinyonu məyus edib. Fanat.Az "Sky Sports"a (Skay Sports) istinadən xəbər verir ki, uelsli ulduz portuqaliyalı çalışdırıcıyla telefonla danışıb və ona "Real"da qalacağını söyləyib.

"Mançester Yunayted"in çalışdırıcısının kapitan sarğısını ona verəcəyini söyləməsi belə, Beyli şirnikləndirməyib. Ulduz futbolçu madridlilərin "Monako"dan transfer etmək istədiyi vunderkindlə - Kilian Mbappeylə rəqabətdən çəkinmədiyini vurğulamaqla yanaşı, Mourinyoya zəngə görə təşəkkürünü çatdırıb.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər