Türkiyə I Liqasında çıxış edən azərbaycanlı müdafiəçi Bəxtiyar Həsənalızadənin formasını geyindiyi "Tuzlaspor" növbəti oyununu keçirib.
Fanat.Az xəbər verir ki, futbolçumuzun komandası VI tur çərçivəsində "Boluspor"un qonağı olub.
Görüş meydan sahiblərinin qələbəsiylə başa çatıb - 2:1.
Bəxtiyar bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və matçı əvəzlənmədən başa vurub.
Qeyd edək ki, "Tuzlaspor" 6 turdan sonra 3 xalla 17-ci sıradadır.