"Mançester Siti"nin baş məşqçisi Pep Quardiola portuqaliyalı yarımmüdafiəçi Bernardu Silvanın komandanı tərk edə biləcəyi ilə bağlı yayılan informasiyalara münasibət bildirib.
Fanat.Az xəbər verir ki, təcrübəli mütəxəssis bu barədə "şəhərlilər"in rəsmi saytına danışıb:
“Mən dəfələrlə demişəm ki, oyunçunun istəyi ən vacib şeydir. İstəyirəm ki, komandadakı hər kəs ümumi məqsəd üzərində birgə işləməkdən xoşbəxt olsun. Təbii ki, Bernardu burada qalsa, sevinərəm. O, komandanın soyunub-geyinmə otağı üçün xüsusi adamdır. Amma bundan sonra nə olacağını bilmirəm. Həqiqətən bilmirəm.
Nə olmalıdırsa, o da baş verəcək. Qalsa əla olar, amma komandadan getməli olsa - bu, futboldur, klubların müqavilələri və oyunçuların istəkləri var - mən istəklərin reallaşmasının yolunu kəsən adam deyiləm.
Komandada ən yaxşı oyunçuları görmək istəyirəm. Ona görə də Bernardu Silvanın qalmasını çox istəyirəm. Bu, 100 faiz belədir. Bildiyimə görə, nə indi, nə də keçən mövsüm “Mançester Siti” onun üçün heç bir təklif almayıb. Bernardu məşq edir. O, bazar günü keçiriləcək oyuna yaxşı hazırlaşıb”. Qeyd edək ki, “Mançester Siti” həftəsonu Premyer Liqanın ilk turunda “Vest Hem” ilə qarşılaşacaq.
Mirağa