Benzemanı Keyn əvəz edəcək

Benzemanı Keyn əvəz edəcək

"Real Madrid" hücumçusu Kərim Benzemaya əvəzedici tapıb. 

Fanat.Az xəbər verir ki, kral klubunun namizədi "Tottenhem"in forvardı Harri Keyndir. 

Məlumatı "Diaro AS" yayıb. Madridlilərin baş məşqçisi Karlo Ançelotti ingiltərəli futbolçunu şəxsən özü bəyənib. Onun fikrincə Keyn "9 nömrə" roluna ideal namizəddir.  

Ancaq İngiltərə millisinin üzvünü transfer etmək "Real Madrid"ə elə də asan olmayacaq. Belə ki, bir sıra nəhəng klublar 29 yaşlı forvardı bu yay heyətinə cəlb etməyə çalışacaq. 

Qeyd edək ki, Keyn bu mövsüm İPL-də 37 matça çıxaraq 28 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Röya

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər