Benzemalı "Əl İttihad" meydana çıxmaqdan imtina etdi - SƏBƏB

Benzemalı "Əl İttihad" meydana çıxmaqdan imtina etdi - SƏBƏB

“Əl İttihad” Asiya Çempionlar Liqasında İranın “Sepahan” komandası ilə səfər matçında meydana çıxmaqdan imtina edib.

Fanat.Az insayder Əhməd Əl-Omrana istinadən xəbər verir ki, buna səbəb İran klubunun stadionunda məşqçi skamyalarının arasında yerləşən Qasım Süleymaninin büstüdür.

Benzemalı "Əl İttihad" meydana çıxmaqdan imtina etdi - SƏBƏB Süleymani hərbçi, general-leytenant və İslam İnqilabı Keşikçiləri Korpusunun "Əl-Qüds" xüsusi bölməsinin mərhum komandiridir. Həmas və Hizbullaha hərbi dəstək verən və Suriya müharibəsi zamanı hökumətə yardım edən Süleymani 2011-ci ildə ABŞ tərəfindən terorçu elan edilib. O, Səudiyyə Ərəbistanının Vaşinqtondakı səfirinə sui-qəsd hazırlamaqda ittiham edilib. 2020-ci ilin əvvəlində İraqda sui-qəsd nəticəsində öldürülüb.

Beləliklə, "Əl İttihad"a texniki məğlubiyyət verilə bilər.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər