Benzema Zinəddin Zidanı geridə qoydu

Benzema Zinəddin Zidanı geridə qoydu
AVRO-2020-nin F qrupunun 3-cü turunda Portuqaliya ilə 2:2 hesablı heç-heçə edən və qrup lideri qismində 1/8 finala yüksələn Fransa yığmasının hücumçusu Kərim Benzema dublla yadda qalıb.
Fanat.Az xəbər verir ki, 33 yaş 186 günlüyündə qitə birinciliyində bir oyuna 2 top vuran Benzema AÇ və DÇ-lərdə Fransa formasıyla bunu bacaran ən yaşlı oyunçu ünvanına sahib çıxıb.
"Real"ın forvardı bu göstəricidə "xoruzlar"ın sabiq ulduzu Zinəddin Zidanı qabaqlayıb. Zidan AVRO-2004-də İngiltərə ilə oyunda (2:1) dubla imza atarkən 31 yaş 356 günlük idi. 
 
Atilla
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər