Benzema Fransa klubuna  keçmək üzrədir - SON DURUM

Benzema Fransa klubuna  keçmək üzrədir - SON DURUM

"Əl-İttihad"ın futbolçusu Kərim Benzema karyerasını Fransa  Liqa 1-də davam etdirə bilər.

Fanat.Az xəbər verir ki, məlumatı "The Guardian" yayıb.

Xəbərə görə, fransalı hücumçu "Olimpik Lion"un diqqət mərkəzindədir. Artıq klub rəsmiləri ilə ulduz futbolçu arasında danışıqlar başlayıb.

Xatırladaq ki, Benzema 2023-cü ilin yayında "Əl-İttihad"a keçib. Onun Səudiyyə Ərəbistanı klubundan ayrılacağı gözlənilir. Fransalı forvard cari mövsüm klubunun forması ilə 20 matça çıxaraq 12 qol vurub və 5 məhsuldar ötürmə edib.

Nahid Məmmədov

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər