Bellingem Ronaldunu geridə qoydu

Bellingem Ronaldunu geridə qoydu

"Real Madrid"in futbolçusu Cud Bellingem Kriştianu Ronaldunun göstəricisini geridə qoyub.

Fanat.Az xəbər verir ki, 20 yaşlı vinger buna "Osasuna"ya 4:0 hesabı ilə qalib gəldikləri La Liqanın IX tur oyununda dubl etməklə nail olub.

İngiltərəli oyunçu paytaxt təmsilçisinin forması ilə meydana çıxdığı ilk 10 qarşılaşmada 10 qol və üç məhsuldar ötürmə ilə diqqət mərkəzinə düşüb.

Hazırda "Əl-Nəsr"in uğurları üçün çalışan Ronaldu 2009-cu ildə ilk 10 görüşdə 10 qol vurub və bir məhsuldar ötürmə vermişdi.

Qeyd edək ki, Bellingem bu yay Dortmund "Borussiya"sından transfer edilib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər