"Bəli, mənə belə təkliflər olub" - Yassin Benzia

"Bəli, mənə belə təkliflər olub" - Yassin Benzia

"Qarabağ" Misli Premyer Liqasının 29-cu turu çərçivəsində evdə "Səbail"lə qarşılaşıb. Görüş "köhlən atlar"ın 4:2 hesablı qələbəsi ilə yekunlaşıb. Ağdam təmsilçisinin heyətində yarımmüdafiəçi Yassin Benzia dubla imza atıb.

Matçdan sonra Benzia Fanat.Az-ın suallarını cavablandırıb:

- Çempionluq təmin olunub deyə, oyunlara hazırlaşmaq çətindir, ya asan?  - Baxmayaraq ki, biz çempion olmuşuq, amma hər oyuna ciddi yanaşırıq. Çünki bizim statusumuz var. Hər oyuna ciddi yanaşaraq meydana qələbə üçün çıxırıq.

- Bu gün iki qol vurdunuz. - Önəmli olan bu gün qələbə qazanmaq idi. Komanda üçün vacib idi. Mən çox xoşbəxtəm.

- Son zamanlar performansınız yüksələn xətlə inkişaf edir. Milli komanda forması ilə bir qolunuz “Puşkaş mükafatı”na namizəd göstərilir. Bu haqda fikriniz necədir?  - Əlbəttə, buna görə çox xoşbəxtəm. Gözəl qol alındı. Mən bu performansı qazanmaq üçün çox çalışmışam. Son dövrlər bu məndə alınır. Buna görə, Allaha da təşəkkür edirəm.

- Bir zamanlar "Lion" da çıxış edərkən sizi Kərim Benzemanın əvəzedicisi olaraq görürdülər. Həmin dövrə qayıtdığınızı demək olar?  - Hazırda bəli, inkişaf edirəm. Öz baş məşqçimə və məşqçi korpusuna təşəkkür edirəm. Çünki onlar mənə xüsusi yanaşırlar. Mənim inkişafımda səy göstərirlər. 

- Ötən həftə sizə gələn təkliflər barədə Fransa mətbuatına özünüz açıqlama vermişdiniz?  - Bəli, mənə belə təkliflər olub.

- Bəs hazırda necə, təkliflər var? - Mən hazırda öz komandama diqqətimi yönəltmişəm. Bütün bu məsələlər barədə sezonun sonunda danışmaq olar.

- Faiz etibarilə, "Qarabağ"dan getməyiniz və ya qalmağınız barədə nə deyə bilərsiniz?  - Mən burda çox şadam. Mənim hələ bir il də müqaviləm var. Ona görə nəsə demek tezdir.

Nahid Ustaclı

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər