"Sevilya"nın mərkəz müdafiəçisi Serxio Ramos İspaniya futbolundakı rasizm problemindən danışıb.
Fanat.Az xəbər verir ki, təcrübəli futbolçunun dediklərini DAZN belə çatdırıb:
"Belə insanlarla birdəfəlik qurtarmaq lazımdır. Onların stadiona girişinə qadağa qoyulmalıdır. Bu addım futbolun imicini təmizləmək naminə mütləq atılmalıdır".
Xatırladaq ki, La Liqa çərçivəsində dünən keçirilən "Xetafe" - "Sevilya" matçı (0:1) zamanı yerli azarkeşlər Əndəlüs təmsilçisinin argentinalı müdafiəçisi Markos Akunyanı "meymun", baş məşqçisi Kike Sançes Floresi isə "qaraçı" adlandırıblar.
Nihat