Bekhemin biznes imperiyası: Günə nə qədər qazanır? - ARAŞDIRMA

Bekhemin biznes imperiyası: Günə nə qədər qazanır? - ARAŞDIRMA

Əfsanəvi ingilis futbolçu Devid Bekhem günümüzün ən uğurlu iş adamlarından biridir. O, ABŞ-da öz klubu "İnter Mayami"ni qurub. Onun dünyanın ən böyük brendləri ilə reklam anlaşması olan holdinqini də var.

Fanat.Az xəbər verir ki, Bekhem ötən il "Sportrico"nun araşdırmasına əsasən bütün zamanların ən çox qazanan 25 idmançısı siyahısında 12-ci olub. Siyahı "Forbes" jurnalı və digər media qurumları, eləcə də dünya futbol insayderləri arasında sorğuya əsasən tərtib edilib.

Qazancın hesablanması zamanı əmək haqqı, mükafatlar, reklam müqavilələri, lisenziya rüsumları, qonorar, karyera ərzində və onu başa vurduqdan sonra (1 iyun 2021-ci il tarixinədək) digər gəlirlər nəzərə alınıb. Nəticədə məlub olub ki, Bekhem 1,05 milyard dollar qazanıb. 

Devid təkcə öz adından istifadə edərək gündəlik 50 000 funt-sterlinq (115 280 azn) qazanır. Onun adını daşıyan ətir, kosmetika, saatlar, alt paltarları dünya brendinə çevrilib.

Bekhemin biznes imperiyası: Günə nə qədər qazanır? - ARAŞDIRMA

İngiltərə millisinin sabiq üzvü uğurlu biznesi haqda belə düşünür: "Mən karyeramı 38 yaşımda bitirdim. Axır-əvvəl təqaüdə çıxmalı olacağımı bildiyim üçün 5 il əvvəl biznes qurmağa başladım. Biznesin müxtəlif sahələrini öyrəndim və özümü yaxşı bir komanda ilə əhatə etdim. Bütün karyeram boyunca şəxsən özümə görə deyil, birgə işlədiyim insanların sayəsində uğur qazanmışam”.

Bekhemin biznes imperiyası: Günə nə qədər qazanır? - ARAŞDIRMA

Bekhem İngiltərə Premyer Liqasının müasir tarixindən bəhs edən "A Whole New Ball Game" (Topla yeni oyun üsulu) adlı filmi üzərində işə başladığını elan edib. 

Bekhemin biznes imperiyası: Günə nə qədər qazanır? - ARAŞDIRMA

Peşəkar biznesmen çəkdiyi film haqda "Variety" nəşrinə danışıb: "Uşaqlıqdan keçdiyim və  çox şey öyrəndiyim futbola bir az işıq salmaq istəyirəm. Bu film gənc uşaqlara mənimlə işləmək və onların yaşında ikən hansı təcrübələrə yiyələndiyimi dinləmək imkanı verəcək".

Bekhemin digər gəlir mənbəyi Qətərlə müqavilədir. Ölkənin təbliğatına görə ona 150 milyon funt sterlinq ödəniləcək. Devid 2022 Dünya Kubokunun rəsmi simasıdır və eyni zamanda növbəti 10 il ərzində Qətəri bütün dünyada tanıtmaq üçün müqavilə imzalayıb.

Bekhemin biznes imperiyası: Günə nə qədər qazanır? - ARAŞDIRMA

"İnter Mayami" klubu isə Bekhemin ən qlobal layihəsidir. Komanda artıq MLS-də debüt edib. Dünya şöhrətli argentinalı hücumçu Qonsalo İquain və "Arsenal"ın sabiq müdafiəçisi Kieran Gibbs "İnter Mayami"də forma geyinir. Klub teleyayımlardan, bilet və atributika satışından da gəlir qazanmaqdadır.

Bekhemin biznes imperiyası: Günə nə qədər qazanır? - ARAŞDIRMA

Xatırladaq ki, Devidin həyat yoldaşı tanınmış musiqiçi və modelyer Viktoria Bekhem isə "Victoria Beckham" adlı geyim brendinə sahibdir. 

Bekhemin biznes imperiyası: Günə nə qədər qazanır? - ARAŞDIRMA

Emin Şəmsiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər