"Mançester Yunayted"in sabiq yarımmüdafiəçisi Devid Bekhem İngiltərə təmsilçisinin durumu barədə danışıb.
Fanat.Az xəbər verir ki, o, NBC-nin efirində klubun idarəçilərinin dəyişməsini istədiyini deyib:
"Hamı bilir ki, mən "Mançester Yunayted"in azarkeşiyəm. Neçə ildir ki, klubdakı vəziyyət dəyişmir. Mən orada olanda böyük sabitlik hökm sürürdü. Ferqyuson baş məşqçi postundaydısa, klubun sahibləri də uzun müddət idi ki, öz işlərini görürdülər. Bəlli məsələdir ki, MY həmişə dünyanın ən böyük klublarından biri olacaq. İndi isə məhz sabitlik yoxdur. Azarkeşlər, məşqçilər korpusu, futbolçular üçün əvvəlki sabitliyi geri qaytarmaq lazımdır.
"Yunayted"in satılmasını istəyirəmmi? İstəyirəm ki, klubun idarəçiliyini öz üzərinə götürəcək şəxslər hər şeyi geri qaytarsınlar. Belə də olmalıdır. Demirəm ki, klubun indiki sahibləri pis fəaliyyətlə diqqət çəkiblər. Amma indi başqalarının məsuliyyəti üzərinə götürməsinin əsl vaxtıdır".
Nihat