Almaniya Bundesliqasında 30-cu turun oyunları keçirilir.
Fanat.Az xəbər verir ki, bu gün daha 6 görüş baş tutub.
“Union Berlin” - “Bayer” matçında qapılara qol vurulmayıb. “Ayntraxt” - “Auqsburq” matçında da qalib müəyyənləşməyib. “Köln” evdə “Frayburq”a minimal hesabla məğlub olub. “Leypsiq” “Hoffenhaym”ı, “Ştutqart” Mönhenqladbax “Borussiya”sını, “Şalke” isə “Verder”i məğlub yola salıb.
Almaniya Bundesliqası 30-cu tur 28 aprel
Bohum – Borussiya (Dortmund) 1:1 Qol: Losilla, 5 – Adeyemi, 7.
29 aprel
Ayntraxt – Auqsburq 1:1 Qol: Rexbeçay, 25-öz qapısına – Demiroviç, 58.
Köln – Frayburq 0:1 Qol: Doan, 54.
Leypsiq – Hoffenhaym 1:0 Qol: Nkunku, 28.
Ştutqart – Borussiya (Mönhenqladbax) 2:1 Qol: Jirassi, 22. Kulibali, 83-pen – Vayql, 78.
Union Berlin – Bayer 0:0
Şalke – Verder 2:1 Qol: Van den Berq, 81. Draksler, 90+2 – Dukş, 18.
30 aprel
17:30. Bayern – Herta 19:30. Volfsburq – Maynts