"Başakşəhər" dağılır

"Başakşəhər" dağılır
Türkiyə Super Liqasında çempionluğa əsas namizəd hesab olunsa da, 8 xallıq üstünlüyü əldən verən "Başakşəhər" aparıcı futbolçularını itirəcək.
Fanat.Az xəbər verir ki, artıq 6 futbolçunun komandanı tərk edəcəyi bildirilir. Legionerlərdən Emmanuel Adebayor, Demba Ba, Qael Klişi, Sərdar Taşçı və Marsio Mossoro İstanbul klubundan ayrılacaq.
Yerli futbolçulardan 39 yaşını tamamlamaq üzrə olan kapitan Emre Belözoğlu karyerası bitirəcək. "Barselona"dan icarəyə götürülən Arda Turan isə geri göndəriləcək.
Bundan başqa daha bir neçə futbolçunun komandanı tərk edəcəyi gözlənilir.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər