Baş hakim tıxaca düşdü, oyunu 4-cü hakim idarə etdi

Baş hakim tıxaca düşdü, oyunu 4-cü  hakim idarə etdi
İngiltərə Premyer Liqasında maraqlı hadisə baş verib.
Fanat.Az xəbər verir ki, turun əsas oyunlarından olan "Çelsi" - "Lester" qarşılaşmasını bu görüşə 4-cü hakim kimi təyinat alan Oliver Lanqford idarə edib. Buna səbəb isə baş hakim Qraham Skottun oyunun startına 10 dəqiqə gecikməsi olub. Belə ki, referi tıxaca düşdüyü üçün vaxtında stadiona çata bilməyib.
Qeyd edək ki, "Çelsi" - "Lester" oyunu 1:1 hesabı ilə başa çatıb.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər