"Barsa"nın holland "ovu": 110 milyon avro!

"Barsa"nın holland "ovu": 110 milyon avro!

Antuan Qrizmannı hələ "Atletiko”dan "qoparmayan” "Barselona” bu yay başqa futbolçularla da heyətini gücləndirməyi qarşısına məqsəd qoyub.

 

Fanat.Az "El Mundo Deportivo”ya istinadən xəbər verir ki, katalonlar "Ayaks”ın gənc oyunçularını - Matteys de Liqt və Frenki de Yonqu hədəfə alıb.

Amsterdam təmsilçisi 50 milyon avro qarşılığında de Yonqu qarşı tərəfə verməyə razıdı. De Liqtin transferi isə "Barselona"ya 60 milyon avrodan baha başagələ bilər. Hazırda danışıqlar davam etdirilir.

 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər