"Barsa"nın çərək final tilsimi

"Barsa"nın çərək final tilsimi

Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyununda "Roma”ya uduzan "Barselona” tilsimlənib.

 

Fanat.Az xəbər verir ki, öz meydanında böyükhesablı zəfərə sevinmiş  (4:1) Kataloniya təmsilçisi səfərdə 0:3 hesablı "quru" darmadağından qaça bilməyərək, mübarizəni dayandırıb.

 

"Barsa” bu nəticə ilə "qara zolağ"a düşdüyünü isbatlayıb. Kataloniyalılar ardıcıl 3 ildir məhz bu mərhələdə turnirlə vidalaşır. Ötən il "Yuventus”a boyun əyən komanda (0:3; 0:0), daha öncə "Atletiko” ilə bacarmamışdı (2:1; 0:2).

 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər