"Barsa" yenə fransız alır

"Barsa" yenə fransız alır

"Monako”nun futbolçusu Tomas Lemar "Barselona"ya keçə bilər. Fanat.Az xəbər verir ki, Kataloniya təmsilçisi gənc yarımmüdafiəçini rənglərinə bağlamaq üçün klubuyla danışıqlara başlayıb.

 

22 yaşlı orta xətt oyunçusunun "Barselona”ya keçmək ehtimalı yüksək qiymətləndirilir. Artıq "Monako”nun vitse-prezidenti Vadim Vasilyev də onu gələn ilin yayında sata biləcəklərini dilə gətirib. Maraqlıdı ki, "Arsenal” bu yay Lemara görə 90 milyon funt-sterlinq təklif etsə də, transfer reallaşmamışdı. 

 

Qeyd edək ki, hazırda Fransa millisinin 3 futbolçusu "Barselona”dadı. Bunlar Samuel Umtiti, Luka Dinye və Osman Dembeledi. 

 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər