LaLiqanın 28-ci turunda zədələnən Luis Suaresin durumuna aydınlıq gəlib.
Fanat.Az-ın məlumatına görə, "Betis” - "Barselona” matçının (1:4) 90-cı dəqiqəsində meydanı sağ ayağını yerə basa bilmədiyinə görə tərk edən hücumçunun topuğu burxulub.
Forvard Uruqvay millisinin düşərgəsinə yollanmayacaq. O, "Barselona”nın həkimlərinin nəzarəti altında bərpa prosesi keçəcək. Klubun rəsmi saytı Suaresin 10-15 günə sıraya dönəcəyi ilə bağlı informasiya yayıb.
Fanat.Az