Balotelli karyerasını Argentinada davam etdirə bilər

Balotelli karyerasını Argentinada davam etdirə bilər
"Breşiya"nın hücumçusu Mario Balotellinin növbəti "dayanacağ"ı Argentina ola bilər.
Fanat.Az "Football Italia"ya istinadən xəbər verir ki, menecer Mino Rayola müştərisini "Boka Xuniors"a təklif edib.
Hazırda "Qalatsaray", "Vasku da Qama", "Flamenqo", "Botafoqo" və "Los-Anceles Qelaksi" 29 yaşlı futbolçunun xidmətində maraqlıdılar.
"Breşiya" Balotellini ötən yay azad agent kimi heyətinə qatmış və 3 illik müqavilə imzalamışdı. Bu yaxınlarda klub onun müqaviləsinə xitam veriləcəyini açıqlamışdı.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər