"BAL LİNE" şirkətindən xeyirxah addım

"BAL LİNE" şirkətindən xeyirxah addım

Ağacəkmə mövsümündə Qarabağ Dirçəliş Fonduna çoxlu sayda ağac hədiyyə edilib

"BAL LİNE" şirkəti növbəti addımı ilə sosial məsuliyyətə nə qədər önəm verdiyini göstərib. 

Fanat.Az xəbər verir ki, bu ildən aksiyaya başlayan şirkət müştərilərin doğum günlərində onların adından Qarabağ Dirçəliş Fonduna ağac ianə edir. 

İlin əvvəlində 1000 ağac bağışlayan şirkətin səhmdarı, iş adamı Bülent Karani bugünlərdə 1000 ağac da əlavə olaraq ianə edib. 

"BAL LİNE" bundan əlavə, bayram və xüsusi günlərdə, həmçinin müştərilərinin doğum günlərində YAŞAT fonduna və Qarabağ Dirçəliş Fonduna ianələrini davam etdirir. Şirkət nümayəndələri bu addımın şəhid ailələri və qazilərə sonsuz ehtiramlarını göstərmək, həmçinin Qarabağın sağlam ekosisteminin qurulması və gələcək nəsillərə miras qoyulması məqsədilə atıldığını bildiriblər.

Qeyd edək ki, "BAL LİNE" şirkətinin ticarət markası "ETOPAZ"dır.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər