"Keşlə"dən ona görə ayrıldım ki, məni meydana buraxmırdılar, daim ehtiyatda qalırdım. Son oyunlarda isə ümumiyyətlə heyətə düşmürdüm. Baş məşqçi (Tərlan Əhmədovu nəzərdə tutur) məni "qaralamışdı". Klub rəhbərliyi ilə görüşüb, komandadan ayrılmaq istədiyimi bildirdim".
Fanat.Az xəbər verir ki, bu sözləri qış fasiləsindən "Keşlə"dən ayrılaraq Özbəkistanın "Navbaxor" klubuna keçən Bahodir Nasimov deyib.
Vətənində müsahibə verən hücumçu oynanamağının səbəblərini açıqlayıb: "Son 6 ay ərzində komandada 3 məşqçi dəyişikliyi oldu. Ən böyük problem odu ki, rəhbərlik həmişə baş məşqçinin işinə qarışır. Hətta vəziyyət o həddə çatmışdı ki, klub prezidenti (Zaur Axundov) kimi oynatmaq lazım olduğunu məşqçiyə deyirdi. Məni oyunların sonuna 5-10 dəqiqə qalmış meydana buraxır, maksimum bir hissə oynamağa icazə verirdilər. Sonda dözmədim və müqaviləyə xitam verilməsini xahiş etdim".
Nasimov "Keşlə"nin ona borclu qalmadığını bildirib: "Bura gələndə klub bütün pulu ödədi və müqaviləyə xitam verilməsi ilə bağlı bütün sənədləri aldı".
Fanat.Az