Azərbaycan tarixində ilk

Azərbaycan tarixində ilk

Azərbaycan badmintonçusu Edi Reski Dviçayo bu il 12-19 dekabrda İspaniyanın Huelva şəhərində keçiriləcək dünya çempionatında iştirak edəcək.

Azərbaycan Badminton Federasiyasından Fanat.Az-a verilən məlumata görə, “TotalEnergies BWF World Championships 2021”ə vəsiqə qazanmış badmintonçuların siyahısında 23 yaşlı İndoneziya əsilli idmançının da adı var.

Dviçayo kişi badmintonçuların şəxsi yarışında 64 idmançı arasında 45-ci olaraq dünya çempionatına lisenziya əldə edib. O, Azərbaycanı bu yarışda təmsil edən ilk badmintoçu olacaq.  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər