Azərbaycan taekvondoçusu Avropa çempionu oldu

Azərbaycan taekvondoçusu Avropa çempionu oldu

Azərbaycan parataekvondoçusu İmaməddin Xəlilov Serbiyada keçirilən Avropa çempionatında qızıl medal qazanıb.

Fanat.Az xəbər verir ki, 70 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı finalda türkiyəli rəqibini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Qeyd edək ki, İmaməddin Xəlilov ötən il Niderlandın Rotterdam şəhərində keçirilən Avropa çempionatında da birinci olmuşdu.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər