Azərbaycan millisi Moldovaya məğlub oldu

Azərbaycan millisi Moldovaya məğlub oldu

17 yaşadək oğlan futbolçulardan ibarət Azərbaycan millisi Moldovada keçirilən beynəlxalq yoldaşlıq turnirində ev sahiblərinin U-18 komandası ilə qarşılaşıb.

Fanat.Az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.

Kişinyov şəhərində yerləşən "Technical Center of FAM"da təşkil olunan qarşılaşma Moldovanın 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, Azərbaycan millisi daha əvvəl Moldovanın U-17 komandasına 0:2 hesabı ilə uduzub. Komanda sentyabrın 11-də isə Latviyanın U-17 komandası ilə üz-üzə gələcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər