Azarkeşlər arasında toqquşma: Ölən var - VİDEO

Azarkeşlər arasında toqquşma: Ölən var - VİDEO

Yanvarın 30-da Yunanıstan Super Liqası çərçivəsində baş tutan PAOK - "Olimpiakos" (1:1) derbisi ölümə səbəb olub

Fanat.Az Yunanıstan mətbuatına istinadən xəbər verir ki, çempionluq mübarizəsi aparan komandaların Salonikidəki qarşılaşmasından tərəfdarlar arasında qanlı toqquşma baş verib. 

Üç gənc bıçaqlanıb ki, onlardan biri - 19 yaşlı azarkeş qasıq nahiyəsindən aldığı zərbədən sonra çoxlu qan itirərək yolda keçinib. 

Hadisə şahidlərinin dediyinə görə, gəncləri bışaqlayan şəxs ağ rəngdə BMW markalı avtomobilə minərək hadisə yerindən uzaqlaşıb. 

Yaralılardan biri başından və döş qəfəsindən, digəri isə omba nahiyəsindən bıçaq zərbəsi alıb.

Polis hadisə ilə bağlı araşdırma aparır və cinayətkarı ələ keçirmək üçün zəruri tədbirlər görür.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər