Almaniyada futbol azarkeşlərinin zorakılığı ölkəyə ildə təxminən 44 milyon avro ziyan vurur.
Fanat.Az xəbər verir ki, bu haqda Almaniyanın nüfuzlu İFO institutu qeydə alınmış zorakılıq əməlləri polisin açıqladığı kriminal statistikanən nəticələrini yayıb.
IFO, 2011-ci ilin yanvarından 2015-ci ilin may ayına qədər Almaniya bələdiyyələrinin məlumatlarını təhlil edən araşdırma dərc edib və bu araşdırmada fanat zorakılığının alman polisinə, əyalət prokurorluğuna və məhkəmələrə ümumilikdə 194 milyon avroya başa gəlib.
Nəzərdən keçirilən 4,5 illik dövr üçün IFO İnstitutu futbolla bağlı hücumların sayının 38268 olduğunu bildirib.
Yerli derbilərin keçirildiyi günlərdə zorakılığın artmasının “xüsusilə böyük” olduğu aşkarlanıb.
IFO-nun direktoru Helmut Rayner bu haqda açıqlama verib: "Əsas bundesliqadan tutmuş üçüncü liqaya qədər futbol matçları, həftənin həmin günlərində gözləniləndən 21,5% daha çox zorakılıq aktlarına səbəb olur. Qurbanlar əsasən 18-29 yaş arası gənclərdir. Lakin matç günlərində baş verən əlavə zorakılığın təxminən beşdə biri polis məmurlarına edilən hücumlardır. Gənclərin zorakılıqda iştirakı daha çox azarkeş qrupunun üzvü kimi tanınmaq istəyindən irəli gəlir".
Mirağa