Azarkeş meydana çıxdı, hakimi qovdu - FOTO

Azarkeş meydana çıxdı, hakimi qovdu - FOTO
Türkiyədə azarkeş oyunun yarımçıq dayandırılmasına səbəb olub. Fanat.az xəbər verir ki, hadisə 3-cü liqanın "Tavşanlı Linyitspor" - "Bəylərbəyispor" matçında baş verib.
İlk yarıda "Tavşanlı Linyitspor"dan 4 futbolçuya sarı vərəqə göstərən baş hakim Aykor Karaca hissənin sonlarında meydan sahiblərindən Hasan Dülgeroğlunu meydandan qovub. Bu vaxt meydana çıxan bir azarkeş hakimi qovmağa başlayıb. Bundan sonra baş hakim və köməkçiləri mühafizəçilərin əhatəsində paltardəyişə otağına yollanıb, oyun isə yarımçıq qalıb.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər