Azarkeş 15 oyunun nəticəsini düz taparaq 306 min funt qazandı

Azarkeş 15 oyunun nəticəsini düz taparaq 306 min funt qazandı

İngiltərənin "Derbi Kaunti" futbol klubunun 21 yaşlı azarkeşi 15 oyunun nəticəsini düz taparaq 306 min 139 funt qazanıb. "Report"un "The Mirror"a istinadən verdiyi məlumata görə, gənc fanat 96 funt sterlinq pul qoyuluşu edib. 

Oyunların çoxu İngiltərə Kubokuna təsadüf edib. Bəzi nəticələr, məsələn, "Oksford"un Premyer Liqa təmsilçisi "Suonsi" üzərində qələbəsi gözlənilməz olub. 

Qalib azarkeş qazandığı pulu atasının ipoteka borcuna və istirahətə xərcləyəcəyini açıqlayıb. 

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər