AZAL-ın qapıçısı Moldova yığmasında

AZAL-ın qapıçısı Moldova yığmasında

Moldova milli komandasının Xorvatiya və İsveçrəyə qarşı keçirəcəyi yoldaşlıq oyunları üçün geniş heyəti açıqlanıb. Fanat.az xəbər verir ki, baş məşqçi İqor Dobrovolski heyətə 27 futbolçu daxil edib.

Baş məşqçi AZAL-ın qapıçısı Stanislav Namaşkoya da dəvət göndərib. O, sonuncu dəfə 2 il bundan öncə milliyə dəvət alıb.

Moldova yığması mayın 27-də Xorvatiya, bir həftə sonra isə İsveçrə ilə qarşılaşacaq. Hər iki oyun səfərdə keçiriləcək.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər