AZAL-da iki itki

AZAL-da iki itki

Milli komandaların oyunları ilə əlaqədar Topaz Premyer Liqasında yaranan fasilədən istifadə edən AZAL birhəftəlik toplanışa yekun vurub. Fanat.az xəbər veri ki, noyabrın 11-17-si aralığında komandanı təlim-məşq toplanışına cəlb edən baş məşqçi Tərlan Əhmədov yetirmələrini 2 yoxlama oyununda sınayıb. 

Gündəlik məşqlərin yorgunlugu fonunda oynanılan iki qarşılaşmada həm də ehtiyat qüvvə baxışdan keçirilib. Noyabrın 14-də “Kəpəz” və 17-də “Çıragan”la görüşlərdə əvəzedici heyətdən dəvət olunan Zeynal Zeynalov, Əsgər Hüseynov, Elməddin Səfərov, İsa Zeynallı kimi gənclər istedadını göstərmək üçün şans qazanıb. Toplanışa yekun vuran AZAL artıq “İnter”lə oyunun hazılıqlarına başlayıb. Gündə bir dəfə məşqə çıxan futbolçular arasında iki zədəli var.

Bu yaxınlarda Ankarada əməliyyat olunan Seymur Əsədov və əzələsini dartan kapitan Rail Məlikov məlum səbələrdən məşqlərdən kənarda qalıb.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər