Ayaz Quliyev baş məşqi ilə niyə dalaşıb? - Özü dedi

Ayaz Quliyev baş məşqi ilə niyə dalaşıb? - Özü dedi

"Ximki"nin azərbaycanlı yarımmüdafiəçisi Ayaz Quliyev komandanın baş məşqçisi Spartak Qoqniyevlə dalaşdığı barədə yayılan informasiyaları şərh edib.

Fanat.Az xəbər verir ki, o, "Çempionat"a açıqlamasında belə danışıb:

"Dalaşdığımızla bağlı deyilənlər şişirdilib. Onu deyə bilərəm ki, təşkilati işlərlə bağlı bir məqam heç kimin xoşuna gəlməmişdi, vəssalam".

Daha öncə Quliyev və komandanın kapitanı Dmitri Tixinin martın 9-da, klubun bazasında baş məşqçi ilə dalaşdıqları barədə məlumatlar yayılıb. Rusiya mətbuatı Qoqniyevlə futbolçular arasındakı insidentin "Ximki"nin mühafizə xidmətinin əməkdaşının müdaxiləsi nəticəsində böyümədiyini bildirib.  

Nihat 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər