19 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsi start götürüb. Fanat.Az xəbər verir ki, ilk qarşılaşma Litvada Avstriya və Azərbaycan milli komandaları arasında baş tutub.
Oyun millimiz üçün uğurlu alanıb. Hesabı 23-cü dəqiqədə Arnel Yakupoviç açıb. Millimiz buna 40-cı dəqiqədə Anton Krivotçukun qolu ilə cavab verib. 46-cı dəqiqədə Aleksander Koqler avstriyalıları yenidən hesabda önə keçirib. 63-cü dəqiqədə Elvin Dəmirov qırmızı vərəqə alaraq millimizi azlıqda qoyub. Avstriya bundan sonra daha iki qol vurub. 66-cı dəqiqədə Arnel Yakupoviç edib, 81-ci dəqiqədə Sandi Lovriç fərqlənib - 4:1.
Qeyd edək ki, qrupun digər matçında Litva ilə Bosniya və Herseqovina yığmaları qarşılaşacaq.
AVRO-2017 (U-19)
Seçmə mərhələ
V qrup, I tur
4 oktyabr
Avstriya - Azərbaycan 4:1
Qollar: Arnel Yakupoviç, 23; 66. Aleksander Koqler, 46. Sandi Lovriç, 81- Anton Krivotsyuk, 40
Avstriya: 1. Fabian Ehmann, 6. Maykl Auqustin, 7. Albin Ramadani, 8. Marko Friedl, 9. Arnel Yakupoviç, 10. Kevin Danso, 14. Maksimilian Vöber, 17. Aleksander Koqler, 18. Manuel Turnvald, 19. Florian Prirş, 20. Sandi Lovriç.
Ehtiyat oyunçular: 21. Huso Kaytinoviç, 3. Mario Qoyts, 4. Florian Haynka, 11. Marsel Serni, 12. Ceyhun Tüccar, 16. Kelvin Arase.
Baş məşqçi: Manfred Zsak.
Azərbaycan: 1. Elnur Orucov, 2. Amin Seydiyev, 4. Elvin Dəmirov, 5. Əli Əliyev, 6. Anton Krivotçuk, 7. Fərid Nəbiyev, 10. Ziya Əzizov, 11. Rövlan Muradov, 13. Hacıağa Hacıyev, 14. Yusif Cəfərov, 18. Camal Camalov.
Ehtiyat oyunçular: 12. Süleyman Süleymanov, 3. Emil Əliyev, 9. Ruslan Hacıyev, 19. Tural Bayramlı, 20. Ömər Buludov.
Baş məşqçi: Nazim Süleymanov.
Qırmızı vərəqə: Elvin Dəmirov, 63.
Hakimlər: Conatan Lardota, Frederik Qodelayne (Belçika), Vitis Snarskis, Manfredas Lukyançiukas (Litva).
UEFA nümayəndəsi, hakim-inspektor: Yan Veqeref (Hollandiya).
Litva. “Mariampol” stadiono
Fanat.Az