Avstraliya Qran Prisi ləğv edildi - Pandemiyaya görə

Avstraliya Qran Prisi ləğv edildi - Pandemiyaya görə
Avstraliya Qran Prisinin mətbuat xidməti 2021 mövsümündə 19-21 noyabr tarixlərində ölkədə keçiriləcək Formula 1 Dünya Çempionatını ləğv edildiyini bildirib.
Fanat.Az xəbər verir ki, yarış təşkilatçıları Avstraliya hökumətinin gələn vətəndaşlar üçün 14 günlük məcburi karantin tələbi səbəbiylə problemlərlə qarşılaşıb.
Motosiklet yol yarışları dünya çempionatının Avstraliya mərhələsi də ləğv edilib.
Formula 1 prezidenti və baş icraçı direktoru Stefano Domenikali 2021-ci ildə 23 yarışın keçiriləcəyinə əminliyini bildirdi.
 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər