Çin hökumətinin futbola böyük yatrımları Avropa klublarını böhrana sürükləyir. Bunun başlıca səbəbi isə ulduz futbolçulara ödənən astronomik məbləğlərdi.
Son olaraq "Çelsi"dən 25 yaşlı Oskar və Argentinanın dünya səviyyəli ulduzu Karlos Tevez ölkə Super Liqasına aparan Çin hökuməti Avropada ən böyük klubların belə verə bilməyəcəyi məbləğləri klublara və futbolçulara ödədi.
Və artıq bu məsələ Avropa mediasının bir nömrəli müzakirə mövzusudu. Belə görünür ki, yaxın zamanlarda dünya ulduzlarının üz tutacağı tək məkan Çin Super Liqası olacaq.
Klopp Çinə gedənləri hədəfə aldı
Məsələ ilə bağlı açıqlama verən "Liverpul"un baş məşqçisi Yurgen Klopp Oskarın "Çelsi"ni Çin klubuna dəyişməklə bağlı qərarını tənqid edib. "Bu gün Çin çempionatı həqiqətən oynamaq istədiyiniz bir liqa deyil. Futbolçuların ora getməsinin tək səbəbi puldur" alman mütəxəssis "Bunu təhlükəli tendensiya hesab edirsiz sualına "bilimirəm" cavabını verib.
Avropada Çinin futbola qoyduğu pullar "təhlükə" adlandırıldığı bir vaxtda ölkədə futbola maraq hər ötən gün artır. Edilən transferlərlə birlikdə stadionlara üz tutan fanatların sayı sürətlə yüksəlir. Çin klubları yeni mövsümdə stadionları tam olaraq doldurmağı hədəfləyir.
Legioner limiti varmı?
Etdiyi transferlərlə gündəmə damğa vuran Çin klubarı heyətlərini ulduz futbolçularla gücləndirdiyi bir vaxtda hər kəsi düşündürən əsas sual budu: Çin Super Liqasında legioner limiti var?
Var və klublar bunu nəzərə alır. Çin çempionatında limit 4+1-dir. Yəni hər hansı bir Çin klubu matçın protokoluna 5 əcnəbi futbolçu daxil edə bilər. Bu limitdə bir nəfər Çindən başqa digər bir Asiya ölkəsindən gələn futbolçular üçün nəzərdə tutulub.
Kim hansı klubda oynayır?
Hər klubun heyətində ən azı bir ulduz futbolçu olan Çində kim hansı klubun formasını geyinir? Bəs klublar bu futbolçuların transferinə nə qədər xərcləyib? Bu sualların cavabları...
Çin klublarının ən səs-küylü transferləri:
Quanqzu Everqrande
Paulinyo: 14 milyon avro (Tottenhem)
Cekson Martinez: 42 milyon avro (Atletiko)
Jianqsu Suninq
Aleks Teyşeyra: 50 milyon avro (Şaxtyor)
Ramires: 28 milyon avro (Çelsi)
Şanxay SIPG
Halk: 56 milyon avro (Zenit)
Oskar: 60 milyon avro (Çelsi)
Şanxay Şenhua
Freddi Quarin: 13 milyon avro (İnter)
Demba Ba: 13 milyon avro (Beşiktaş)
Pekin Quoan
Burak Yılmaz: 8 milyon avro (Qalatasaray)
Renato Auqusto: 8 milyon avro (Korintians)
Habei Çin Fortune
Gervinyo: 18 milyon avro (Roma)
Ersan Gülüm: 7 milyon avro (Beşiktaş)
Stepan Mbia: 6 milyon avro (Trabzonspor)
Ezekuiel Lavezzi: 5.5 milyon avro (PSG)
Tianjin Teda
Freddi Montero: 5 milyon avro (Sportinq)
Şadonq Lunenq
Qraziano Pelle: 15 milyon avro (Sautqempton)
Carlos Gil: 8.5 milyon euro (Corinthians)
Fanat.Az